Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb


19:30     24 Avqust 2021 2021/08/7243057b-8026-37b9-aba4-279beeea547f_850_1629817024.jpg

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bu barədə Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçuların meyitlərinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 648-ə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1220