Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var


22:30     24 Avqust 2021 2021/08/543e448b-0fe5-4cd8-8414-10bcc10027f1_850_1629819087.jpg

Kürdəmir rayonunda yol qəzası baş verib.

Femida.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Quliyev Ceyhun Əvəz oğlu idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Kürdənir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1011