Növbəti iki günün havası açıqlanıb


13:58     25 Avqust 2021 21_08_25_1629885532.jpg

Avqustun 26-27-də gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi dağlıq rayonlarında yağışın intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Açar sözlər:

Oxunub: 1021