ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırıb


09:11     26 Avqust 2021 21_08_26_1629955306.jpg

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, qarşıdakı bir neçə ay gələcək pandemiyaya hazırlıq üzrə tədbirlərin görülməsi üçün çox əhəmiyyətli olacaq.

Bu barədə Femida.az TASS-a istinadən xəbər verir.

"Qarşıdakı üç ay pandemiyaya hazırlıq və reaksiyanın formalaşması üçün əhəmiyyətli kritik dövr olacaq", - o deyib.

Tedros Adanom Qebreyesus xatırladıb ki, sentyabrda BMT Baş Assambleyasının sessiyası başlayacaq, həmçinin "Böyük iyirmilik" sammiti, sonra isə noyabrda ÜST-ün xüsusi sessiyası keçiriləcək. Bu tədbirlərdə pandemiya, koronavirusa qarşı mübarizə mövzusu geniş müzakirə ediləcək.

ÜST rəhbərinin sözlərinə görə, təşkilat öz sıralarında 194 ölkəni birləşdirərək unikal qlobal mandata malikdir.

Açar sözlər:

Oxunub: 1280