İsmayıllıda 1,5 ton çətənə kolu məhv edilib


10:22     26 Avqust 2021 21_08_26_1629957773.jpg

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Cülyan kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az
a verilən məlumata görə, ümumi çəkisi 1 ton 565 kiloqram olan 1711 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1120