Şəkidə mikroavtobus aşdı: Yaralılar var


23:33     05 Yanvar 2016 avtobus.PNG


Femida.az-ın məlumatına görə, hadisə bu gün Baş Göynük-Şəki avtomobil yolunda qeydə alınıb. “Ford” markalı mikroavtobus idarəetməni itirərək aşıb. Nəticədə mikroavtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralılardan 1972-ci il təvəllüdlü Mehman Vahid oğlu Əliyev xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar – 1966-cı il təvəllüdlü Mahirə Zahir qızı Oqurxanova və onun azyaşlı övladı, 2007-ci il təvəllüdlü Valentina xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Yaralılardan Elmira Cəlal qızı Abdulkərimova xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanların hamısı Baş Göynük kənd sakinləridir. Qəzaya düşən mikroavtobus isə rayon mərkəzindən Baş Göynük kəndinə sərnişin daşıyırmış.

Açar sözlər:

Oxunub: 1166