Rumıniya və Ukrayna liderlərinin təyyarələri Kişineuya enə bilməyib


13:12     27 Avqust 2021 21_08_27_1630053485.jpg

Rumıniya və Ukrayna dövlət başçılarının təyyarələri Moldovanın paytaxtı Kişineuya eniş edə bilməyib.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kişineuda Moldovanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə rəsmi tədbir təşkil olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski və Rumıniya Prezidenti Klaus Verner İohannis də tədbirə dəvət olunublar.

Zelenskinin təyyarəsi Kiyevdən havaya qalxsa da, sıx duman səbəbindən Kişineuya eniş edə bilməyib.

Rumıniya Prezidenti isə eyni səbəbdən ümumiyyətlə Buxarest aeroportunu tərk edə bilməyib.

Açar sözlər:

Oxunub: 1529