Son sutkada vaksinasiya olunanların sayı açıqlanıb


18:48     27 Avqust 2021 2021/08/2bb2eb35-0249-36c0-aa03-bf6ae3c9e6eb_1630073643.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74 220 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az- a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 529 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 493 757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 929 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 564 353 təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1317