Əfqanıstanda xidmət edən sülhməramlılarımız Vətənə qayıdıb
19:50 27 Avqust 2021
Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Bakıya qayıdıb.
Femida.az - ın məlumatına görə, 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdıb.
Qarşılama mərasimində Müadafiə Nazirliyinin rəsmi şəxsləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qardaş Türkiyə qüvvələri ilə birlikdə xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirən Azərbaycan sülhməramlıları Əfqanıstanda təhlükəsizliyi təmin edib.
Femida.az
Oxunub: 665
Oxşar xəbərlər
- Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb
- Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb
- Əfqanıstanda güclü zəlzələ olub, 255 nəfər ölüb
- Əfqanıstanda məsciddə partlayış törədilib
- Əfqanıstanda "Taliban" hökuməti dövründə 260-a yaxın media orqanı bağlanıb
- Əfqanıstanda naməlum silahlılar "talib"lərə hücum edib, ölənlər var
- Əfqanıstanda məsciddə partlayış törədilib, yaralananlar var
- Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb
- Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb
- Əfqanıstanda iranlı jurnalistlərə silahlı hücum