Suraxanıda iki koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
11:07 28 Avqust 2021
Paytaxtın Suraxanı rayonunda 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb və həmin şəxlər yaşadıqları evə qaytarılıblar.
Həmin şəxslər- Zığ qəsəbəsində yaşayan E.Mehtiyev və Suraxanı qəsəbəsində yaşayan B.Bayramovun barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
"Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir. Bu hallar aşkar edildiyi təqdirdə həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən həm İnzibati Xətalar, həm də ki, Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək", -məlumatda qeyd olunub.
Oxunub: 1359
Oxşar xəbərlər
- Suraxanıda məişət zorakılığının qarşısının alınması məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir
- Suraxanıda 42 yaşlı qadını avtomobil vurub
- Suraxanıda 6 yaşlı uşağı avtomobil vurub
- Suraxanıda yol qəzasında ağır xəsarət alan uşaq reanimasiyaya yerləşdirilib
- Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
- Suraxanıda birmərtəbəli evdə yanğın olub
- Suraxanıdakı yanğınla bağlı məlumat yayılıb
- Suraxanıda evdə yanğın olub
- Suraxanıda qətl törədən şəxs saxlanılıb - RƏSMİ
- Suraxanıda 2 otaqlı ev yanıb