Ərdoğan Türkiyənin hansı halda Əfqanıstanda quruculuq işlərinə töhfə verə biləcəyinə aydınlıq gətirib


16:15     29 Avqust 2021 2021/08/612b6a80a7174612b6a80a71751630235264e7485350f6c602ca76c3084593fc42fc_1630239456.jpg

“Türkiyə kəşfiyyatının “Taliban”la görüşləri davam edir. Türkiyə olaraq biz Əfqanıstanın indiki vəziyyətdən sürətlə çıxmasını istəyirik, çünki artıq əfqan xalqı bu qədər yükü çəkə bilməz”.

Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Türkiyə Prezidenti Əfqanıstanda hələ ki, bir hökumət qurulmadığını xatırladıb: “Taliban”ın mesajları mülayimdir, amma 20 il öncəki açıqlamaları ilə indikilər uyğundurmu? Burada tərəddüdlər var. Hazırda prosesi diqqətlə izləməyimiz lazımdır. Son terror aktlarında ölənlər arasında “Taliban” Hərəkatının da üzvləri var. “Taliban”ın dövlət olmaq iddiasının arxasında necə duracaq, bunu da görəcəyik. Biz 20 il Əfqanıstana infrastruktur və quruculuq işlərində hər cür dəstək verdik. Amma Əfqanıstanın şimalında “Taliban” ciddi problemlərə yol açdı. Məsələn, hazırda Türkiyənin dostu olan Rəşid Dustum təhdid altında olduğu üçün Əfqanıstanı tərk etmək məcburiyyətində qaldı. Bunların hamısı düşündürücüdür. Sabah nə olar, nə olmaz, bunları bilə bilmərik. Bəlkə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızstan və Tacikistan birlikdə “Taliban”ın atacağı müsbət addımlara dəstək verə bilərlər. O zaman biz də dəstək olmaq istəyərik. İnşaat, infrastruktur kimi işlərdə dəstək olmamız üçün də qapıların açılması lazımdır. Ona görə də hazırda Türkiyə kəşfiyyatı “Taliban” nümayəndələri ilə görüşlər keçirir. Biz diplomatik danışıqlar aparmadan, danışıqlar masasına oturmadan heç bir halda problemin həllini tapa bilmərik. Türkiyəyə belə bir təklif olarsa, biz də dəyərləndirərik”.

R. T. Ərdoğanın Taliban Hərəkatının Kabil Hava Limanının təhlükəsizliyini özlərinin qoruması, yalnız hava limanının fəaliyyəti üçün Türkiyədən dəstək istəməsinə də toxunub:

“Bu, necə ola bilər? Hava limanının təhlükəsizliyini “Taliban” təmin edəcəksə, o yerlər yenə qan gölünə döndüyü halda biz bunu dünyaya necə izah edərik?”.

Femida.az

Açar sözlər:

Oxunub: 628