Yasamalda yol qəzası olub, xəsarət alan var


09:30     30 Avqust 2021 2021/08/bfede9df-5098-3dbe-adf2-885f1578ea6e_850_1630301445.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Aygün Oruc qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1069