Zukerberq bu il robot yaradacaq


03:38     06 Yanvar 2016 Mark-Zuckerberg19.jpg


“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bu il robot yaradacağını bildirib: “2016-cı ildə evimi idarə edən və işimdə mənə kömək edəcək sadə bir robot yaradacam”. Bu barədə M. Zukerberq özünün “Facebook” səhifəsində məlumat verib.

M. Zukerberq qeyd edib ki, hazırda mövcud olan texnologiyaları öyrənir. Sonra yaradacağı robota süni intellekt sistemlərini tətbiq edəcək. Nəticədə robot M.Zukerberqin və onun evinə zəng vuran dostlarının səsini tanıyacaq, evi idarə edə biləcək və s. işləri yerinə yetirəcək.

Açar sözlər:

Oxunub: 1121