Pandemiya ilə əlaqədar sabahdan yeni qaydalar qüvvəyə minəcək


20:30     31 Avqust 2021 2021/08/1630418423451860029_1000x669_1630421193.jpg

Daxili İşlər Nazirliyi (DİN) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar sentyabrın 1-dən tətbiq olunacaq yeni qaydalarla bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Femida.az-a daxil olan məlumatda bildirilib ki, sentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən edilib.

Təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər.

Şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır.

Şənlik mərasimlərinə gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

“icaze.e-gov.az" portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 623