Atası həbsdə olan rəis Səbaildəki vəzifəsindən azad edildi
21:27 31 Avqust 2021
Hazırda həbsdə olan “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun oğlu, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov vəzifəsindən azad olunub.
Femida.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Cavid Muradov vəzifəsindən çıxarılaraq Bakının Sabunçu rayonuna polis rəisi təyin edilib.
Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.
Femida.az
Oxunub: 2114
Oxşar xəbərlər
- Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı
- Atasını öldürən 19 yaşlı oğlanın istintaqı başa çatıb
- Atasının klinikasında gözətçini öldürən şəxs hakim qarşısına çıxarıldı
- Atası ilə birlikdə qətl törədən şəxs azadlığa buraxıldı
- Atasını baltalayan qadın psixiatrik müalicə istəyir
- Atasının başdaşı hissələrə bölünüb supermarketə döşəndi - FOTOLAR
- Atasının bədbəxt etdiyi qadın sığınacağa yerləşdirildi
- Atasının bank kartından oğurluq etdi
- Atası ilə dalaşan oğul itkin düşdü
- Atası ilə küçədən zibil toplayan Anjelina məktəbə başladı - FOTO