Xocavənd sakinindən narkotik götürülüb


12:12     01 Sentyabr 2021 21_09_01_1630483966.jpg

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində yerləşən Xocavənd şəhərciyində RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Axullu kənd sakini Əli Nəzərov saxlanılıb.

Onun evinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirlir.

Açar sözlər:

Oxunub: 1028