Mikroavtobus aşdı, yaralılar var
13:36 06 Yanvar 2016
Şəkidə mikroavtobus qəzaya uğrayıb. Hadisə bu gün Baş Göynük-Şəki avtomobil yolunda qeydə alınıb. “Ford” markalı mikroavtobus idarəetməni itirərək aşıb. Nəticədə mikroavtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan 1972-ci il təvəllüdlü Mehman Vahid oğlu Əliyev xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar – 1966-cı il təvəllüdlü Mahirə Zahir qızı Oqurxanova və onun azyaşlı övladı, 2007-ci il təvəllüdlü Valentina xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər.
Yaralılardan Elmira Cəlal qızı Abdulkərimova xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada xəsarət alanların hamısı Baş Göynük kənd sakinləridir. Qəzaya düşən mikroavtobus isə rayon mərkəzindən Baş Göynük kəndinə sərnişin daşıyırmış.
Oxunub: 960
Oxşar xəbərlər
- Mikroavtobus ilə yük maşını toqquşdu - Xəsarət alanlar var
- Mikroavtobus qanunsuz fəaliyyət göstərib - Qəza ilə bağlı açıqlama
- Mikroavtobus qəzaya düşdü: 11 yaralı
- Mikroavtobus `PAZ`a girdi - Yaralılar var
- Mikroavtobus yandı
- Mikroavtobus qəzaya düşdü - 7 yaralı
- Mikroavtobus yük maşınına çırpıldı: ASTARADA