ÜST koronavirusun "Mü" ştammını araşdırır


17:06     02 Sentyabr 2021 2021/09/virus-1630585980_1630588057.jpg

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni növü ilə maraqlanır. Kolumbiyada ilk dəfə aşkar edilən “Mü” ştammını qurum maraq doğuran COVID-19 mutasiyalar siyahısına daxil edib.

Femida.az xəbər verir ki, bu barədə “New Scientist”in qurumun həftəlik bülleteninə istinadən yaydığı xəbərdə vurğulanır.

Qeyd olunub ki, koronavirusun yeni “Mü” və yaxud B.1.621 ştammı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar olunub. Bu ştamma yoluxma halları yalnız Cənubi Amerikada deyil, Avropada da qeydə alınıb.

ÜST-ə görə, mövcud peyvəndlər bu növə qarşı daha az təsirli olacaq. COVID-19-un "Mü"variantını öyrənmək üçün əlavə araşdırmalara ehtiyac yaranacaq.

Təşkilatın açıqlamasına görə, “Mü” ştamının dünyada yayılması halları azalıb və 1%-dən az təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 603