Əcnəbilər COVID-19 pasportu tələb edilən obyektlərə daxil ola bilərlər - Rəsmi
20:32 02 Sentyabr 2021
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər.
Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.
Femida.az
Oxunub: 1334
Oxşar xəbərlər
- Əcnəbilərin Gürcüstanda “yaşıl status” alması qaydası açıqlanıb
- Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib
- Əcnəbilər Azərbaycanda bu qaydalarla övladlığa uşaq götürə bilər - Hüquqi maarifləndirmə
- Əcnəbilər Azərbaycanda 25 milyon manat xərcləyib
- Əcnəbilər evdən çıxmaq üçün necə icazə almalıdırlar? - VİDEO
- Əcnəbilərin ölkədən getməsi ilə bağlı qaydalar dəyişdi
- Əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar artırıldı
- Əcnəbilərlə bağlanan nikahların sayı açıqlandı
- Əcnəbilərin Azərbaycanda qalma müddəti yenidən uzadıldı
- Əcnəbilərin Rusiyada müvəqqəti qalma müddəti artırıldı