Bakıda bir-birinə bitişik iki ev yanıb


22:54     02 Sentyabr 2021 2021/09/16306047216099020392_1000x669_1630605938.jpg

Bakıda bir-birinə bitişik iki ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 kvadratmetr olan tikintisi başa çatmayan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 50 kvadratmetr sahədə, mərtəbələr arasında taxta atmalar 15 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli evin 1 otağının tavanı 1 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1024