Səudiyyə Ərəbistanında ilk qadın zabitlərin buraxılış mərasimi olub


22:26     02 Sentyabr 2021 2021/09/163059695914853060_1000x669_1630606027.jpg

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Təlim Mərkəzində ilk qadın zabitlərin buraxılış mərasimi olub.

Femida.az SPA agentliyinə istinadla xəbər verir ki, mərasimdə Krallıq ordusunun baş qərargah rəisi, general-leytenant Fəyyad Əl-Ruvaili iştirak edib.

Hərbi kursları bitirmiş ilk qadın zabitlər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyində çalışacaqlar. Onlar ən yüksək beynəlxalq standartlara uyğun hərbi təlim keçib və müvafiq diplomlar alıblar. Mərasimdə qeyd olunub ki, Səudiyyə Ərəbistanı ordusunda xidmət edən qadınların sayı artırılacaq.

Səudiyyə Ərəbistanında qadın hüquqlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu il keçirilən Həcc ziyarətində ilk dəfə olaraq qadın polislər müqəddəs məscidlərin mühafizəsi və zəvvarların təhlükəsizliyinin təmin olunmasına cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1489