Daha iki qazi yüksək texnologiyalı protezlərlə təmin edilib


17:58     03 Sentyabr 2021 2021/09/216e0e6b-1e92-3efc-ada8-00c463e7b566_850_1630686384.jpg

Prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərimizin son nəsil müasir protezlərlə təminatı işləri davam etdirilir.

Nazirlikdən Femida.az- a verilən məlumata görə, Vətən müharibəsinin daha iki iştirakçısını - Mingəçevir şəhər sakini Abdulla Abdullayevi və Qazax rayon sakini Abbas Yusifovu yüksək texnologiyalı protezlərlə təmin edilib.

Onlar Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin hazırlıq mərhələsi keçdikdən sonra ən müasir reabilitasiya vasitələri ilə təmin ediliblər.

A.Abdullayev Ağdam rayonu uğrunda döyüşlərdə ağır yaralanaraq hər iki ayağını itirib. Dövlət başçısının Sərəncamları ilə o, “Cəsur döyüşçü” və “Ağdamın işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.

A.Yusifov isə Suqovuşan, Talış istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını itirib. O da Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Hər iki qaziyə əlilliyə görə aylıq sosial ödənişlər təyin edilib.

Nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb və artıq 140-dan çox hərbçi ən müasir protezlərlə təmin olunub və bu proses davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1159