Lənkəranda daha bir koronavirus xəstəsi barəsində cinayət işi başlanıb


11:28     04 Sentyabr 2021 21_09_04_1630742582.jpg

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Lənkəran rayon sakini T.Cavadova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Bakıda arvadını öldürən hakimin məhkəməsinin vaxtı məlum olub
Metroya daxil olmaq istəyən 2 koronavirus xəstəsi saxlanılıb - VİDEO
Lerik sakinlərindən narkotik və silah-sursat götürülüb

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılması təmin edilib.

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 305