Türkiyədə qatarla mikroavtobus toqquşub, 4 nəfər həyatını itirib


12:58     04 Sentyabr 2021 21_09_04_1630743419.jpg

Türkiyənin Tekirdağ şəhərində qəza hadisəsi baş verib.

Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Ergene bölgəsində olub.

Bildirilib ki, yük qatarı ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər həyatını itirib.

Daha 7 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1156