Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var


14:42     04 Sentyabr 2021 21_09_04_1630745009.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Motosikletlə minik avtomobilinin toqquşması nəticəsində, motosikletdə olan sərnişin, 2000-ci il təvəllüdlü Mehbalıyeva Sevda Mülki qızı xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona hər iki ayaqların çox saylı sıyrıntıları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1057