Azərbaycanda daha 3 305 yoluxma qeydə alınıb, 40 nəfər vəfat edib


18:42     04 Sentyabr 2021 2021/09/87b05d0d-ded8-380e-912f-923ee00cb56e_1630766722.jpg

Azərbaycanda son sutkada koronavirusa 3 305 yeni yoluxma qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az- a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.

Bu günədək ümumilikdə 439 562 nəfərin koronavirusa yoluxması müəyyən olunub, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 53 052 nəfərdir.

Son gündə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 390