Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı


21:08     04 Sentyabr 2021 2021/09/1630762783_1630775415.jpg

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Cəbrayıl rayonu ərazisində aşkar edilib.

Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 656 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 811