İmişlidə 32 yaşlı kişi bıçaqlanıb


10:09     05 Sentyabr 2021 bicaq.jpg

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Şahverdili kəndində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 706