ABŞ-da naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb


11:11     05 Sentyabr 2021 21_09_05_1630825938.jpg

Vaşinqtonda naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Femida.az-ın “NBC Washington” telekanalına istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında ABŞ paytaxtının şimal-qərbində baş verib.

Naməlum şəxslər avtomobildən yaxınlıqdakı insanlara atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.

Cinayətkarları tapmaqda kömək edəcək şəxslərə 75 min dollar mükafat ayrılıb.

Açar sözlər:

Oxunub: 879