Ceyranbatanda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO


11:33     05 Sentyabr 2021 21_09_05_1630826289.jpg

Ceyranbatanda iki avtomobil toqquşub.

Femida.az -ın məlumatına görə, hadisə Bakı-Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, "BMW" markalı avtomobil "Niva" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Bir müddət yolda sıxlıq yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.

Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 690