Bayden 11 sentyabr terroru haqqında sənədləri məxfilikdən çıxarmağı tapşırıb


12:14     05 Sentyabr 2021 21_09_05_1630827775.jpg

ABŞ prezidenti Cozef Bayden Ədliyyə Nazirliyinə 2001-ci ilin 11 sentyabr terror aktının araşdırılmasına aid olan sənədlərin məxfilikdən çıxarılmasını tapşırıb.

Femida.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Bu gün ABŞ-ın Ədliyyə Nazirliyinə və digər əlaqədar qurumlara Federal Təhqiqat Bürosunun araşdırmaları ilə 11 sentyabr hadisələrinə aid sənədlərin açılmasına nəzarət etməyi tapşıran fərman imzaladım”, - ABŞ liderinin Ağ Ev tərəfindən yayılmış bəyanatında deyilir.

Prezidentin sərəncamına əsasən, baş prokuror Merriku Qarlenduya növbəti altı ay ərzində məxfilikdən çıxarılmış sənədləri dərc etmək barədə göstəriş verilib.

Ağ Ev rəhbəri xatırladıb ki, o, ABŞ prezidentinin vəzifəsinin icrasına başladıqda 2001-ci ilin sentyabrında ölkəyə terrorçuların hücumları haqqında sənədlərin bir hissəsini məxfilikdən çıxarmağı öhdəsinə götürüb.

Açar sözlər:

Oxunub: 918