Ermənistanda son sutkada yüzlərlə insanda koronavirus aşkarlanıb


12:30     05 Sentyabr 2021 21_09_05_1630828464.jpg

Ermənistanda son sutkada koronavirusa 423 yeni yoluxma qeydə alınıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, son sutkada daha 7 nəfər COVID-19-un qurbanı olub.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 245 025 nəfərə çatıb. Pandemiya ərzində 1 164 nəfər təhlükəli infeksiyanın qurbanı olub. Eyni zamanda virusa yoluxmuş 229 113 nəfər sağalıb. Hazırda daha 9 837 pasiyentin müalicəsi davam edir.

Açar sözlər:

Oxunub: 930