Misirdə ağır yol qəzasında 12 nəfər ölüb, 40-a yaxın insan xəsarət alıb


12:58     05 Sentyabr 2021 21_09_05_1630828910.jpg

Misirdə ağır yol qəzası olub.

Femida.az xəbər verir ki, bu barədə “Al-Masry Al-Youm” portalı məlumat yayıb.

Məlumata görə, hadisə Qahirə-Süveyş magistral yolunda baş verib. Qahirədən Şarm-əş-Şeyx istiqamətində hərəkət edən sərnişin avtobusunun açması nəticəsində 12 nəfər həlak olub, daha 38 nəfər xəsarət alıb.

Hadisə yerinə 30-a yaxın təcili tibbi yardım maşını cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bir neçəsi ağır vəziyyətdədir.

Qeyd edilir ki, ölənlərdən 2-si uşaqdır. Qəzanın başvermə səbəbi məlum deyil.

Açar sözlər:

Oxunub: 901