“Beyninizi zir-zibillə doldurursunuz” – “Telegram”ın qurucusu


18:28     05 Sentyabr 2021 2021/09/697F7327-7390-44EF-BE9E-7CAC23EF12F0_1630851719.png

“İnsanın psixi vəziyyəti onun aldığı informasiyaların keyfiyyətindən asıldır”. Bu sözləri “Telegram” messencerinin qurucusu Pavel Durov deyib. Onun fikrincə, yaradıcı və məhsuldar olmaq üçün insan öncə beynini “zir-zibildən” təmizləməlidir.

- İndi çoxları şüurunu “TikTok”dakı videoroliklər və “Netflix”dəki seriallarla “qidalandırır”. Bu, tövsiyə alqoritmlərinin bizim beynimizə doldurduğu lazımsız kontentdir. Əgər düşüncə azadlığı istəyiriksə, əvvəlcə şüurumuz üzərindəki nəzarəti öz əlimizə almalıyıq,- Durov “Telegram” kanalında yazıb.

Yada salaq ki, daha öncə Pavel Durov qocalmaq ilə mübarizənin 7 əsas qaydasını bölüşmüşdü. Onun fikrincə, bunlar alkoqoldan imtina, kifayət qədər yatmaq, çox yeməmək, ətdən istifadə etməmək, fiziki aktivlik, stressdən uzaq olmaq və tək yaşamaqdır.

Femida.az

Açar sözlər: #İnformasiya    

Oxunub: 1048