COVİD statistikası: Azərbaycanda 42 nəfər ölüb


18:39     05 Sentyabr 2021 2021/09/8DD0E104-2017-461E-A5C2-4F318452F671_1630853787.png

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 310 yeni yoluxma faktı qeydə alınıb, 2 972 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub. Sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 754 nəfərdir.



Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 təşkil edir.


Femida.az

Açar sözlər: #Koronavirus    

Oxunub: 392