Kürün səviyyəsi yenə də azalıb


19:24     05 Sentyabr 2021 2021/09/15D6FADB-0466-4B22-BF4E-E94E3BBF5CB4_1630867154.png

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 97 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 80 faizinə bərabərdir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 3,50 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 5 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 278 santimetr, su sərfi isə 56 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 89, Kür-Bankədə 32 santimetr azalaraq 115, Araz-Novruzluda isə 3 santimetr azalaraq 52 santimetr təşkil edib.

Femida.az

Açar sözlər: #Kür    

Oxunub: 383