Əfqanıstan vətəndaşı Berlində iki nəfəri bıçaqlayıb


20:10     05 Sentyabr 2021 2021/09/B4046A4B-0633-4906-8906-8630AC9B41EC_1630884486.png

Əfqanıstan vətəndaşı Almaniyanın paytaxtı Berlində iki nəfərə bıçaqla hücum edərək, onlara ağır xəsarətlər yetirib.

Femida.az xəbər verir ki, bu barədə şəhər polis idarəsindən məlumat verilib.

Hadisə dünən günorta saatlarında baş verib. 2016-cı ildən bəri Almaniyada yaşayan əfqan guya qadın olaraq çalışmasını bəyənmədiyi üçün parkda bağçılıqla məşğul olan 58 yaşlı bir qadına hücum edib. Daha sonra qadının köməyinə gələn 66 yaşlı kişiyə də bıçaqla xəsarət yetirib. Hər iki zərəçəkən boynundan xəsarətlər alıb, onlar təcili əməliyyat edilib, hazırda xəstəxanadadırlar.

Şübhəli yerindəcə tutulub, ilkin araşdırmaya görə, polis cinayəti törədənin ruhi xəstə ola biləcəyi versiyasını irəli sürüb. Hazırda cinayətin təfərrüatlarını və hadisənin motivlərini araşdırır.

Femida.az

Açar sözlər: #Almaniya   #Hücum    

Oxunub: 919