Balakəndə qəzada bir ailənin üç üzvü yaralandı


20:47     05 Sentyabr 2021 2021/09/163E0BFB-EC03-4F54-9F37-170C45D7380E_1630885705.png

Balakəndə baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.

Femida.az - ın məlumatına görə hadisə rayonun Talalar kəndi ərazisində baş verib.

Belə ki, Yevlax rayon sakini Nazim Hüseynovun idarəetdiyi yük avtomobili ilə Balakən rayon Talalar kənd sakini Ceyhun Orucovun idarəetdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan "VAZ 2107" markalı avtomobilin sürücüsü Ceyhun Orucov və onun avtomobilində olan sərnişinlər - sürücünün həyat yoldaşı, 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov müxtəlif dərəcəli bədən xəsarətlərilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Balakən   #Qəza    

Oxunub: 842