Əhməd Məsuddan “Taliban”a çağırış


22:18     05 Sentyabr 2021 2021/09/9637CCC9-BEAF-4FC0-9CE4-6B24A6CC7B17_1630887518.png

Əfqanıstanın Pəncşir əyalətinə nəzarət edən müqavimət qüvvələrinin lideri Əhməd Məsud “Taliban”la müzakirələrə hazır olduğunu bəyan edib.

Femida.az xarici mediaya istinadən xəbər verir ki, bunun üçün o, ilkin şərt kimi “Taliban”ın öz qüvvələrini Pəncşir və Andarabdan geri çəkməsini irəli sürüb.

Sülhdən yana olduğunu bildirən Məsud feysbuk səhifəsində yazıb:

“Milli Müqavimət Cəbhəsi “Taliban”ın Pəncşir və Andarabdakı hücumlarına və hərbi əməliyyatlarına son verəcəyi halda daimi sülhə nail olmaq üçün daxili müharibəni dərhal dayandırmağa hazırdır. İslahatçılarla birlikdə geniş iclasda bütün tərəflərin iştirakı ilə müzakirələr aparmağı ümid edirik. Əksəriyyəti müsəlman olan Əfqanıstanda “Taliban”ın cihad etməsinin dini və humanist mənası yoxdur”.


Femida.az

Açar sözlər: #Əfqanıstan    

Oxunub: 1643