Azərbaycanda həkim koronavirusdan ölüb


09:26     06 Sentyabr 2021 2021/09/e240cfa0-f9f8-322a-84c7-b2972715844d_321_1630906011.jpeg

Şəkidə həkim koronavirusun qurbanı olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib.

Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub.

Açar sözlər:

Oxunub: 675