İmişli sakininin ölümü ilə bağlı cinayət işi başlanılıb


10:19     06 Sentyabr 2021 2021/09/aea76ff1-9936-3912-80e0-4265b61f9132_850_1630909230.jpg

İmişli rayon sakininin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Femida.az -a rayon məhkəməsindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini, 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanan dəmir tor vasitəsilə balıq tutarkən elektik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 838