Türkiyədə tekstil müəssisələrinin yerləşdiyi binada güclü yanğın olub


11:30     06 Sentyabr 2021 21_09_06_1630912552.jpg

Türkiyənin İstanbul şəhərində tekstil müəssisələrinin yerləşdiyi binada yanğın baş verib.

Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə şəhərin Arnavutköy rayonunda olub.

Bildirilib ki, 8 mərtəbədən ibarət olan binada 6 tekstil müəssisəsi yerləşir. Binanın dam örtüyünü alov bürüyüb, insanlar təcili şəkildə təxliyə edilib.

58 yanğınsöndürən vasitə, 167 personalın cəlb edildiyi yanğınsöndürmə əməliyyatı bir neçə saat sonra nəticə verib. Yanğın nəzarət altına alınıb.

Ehtimallara görə, yanğın tüstü bacasındakı nasazlıq səbəbindən yaranıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 952