Azərbaycanın daha 3 paralimpiya çempionu Bakıya qayıdıb


12:14     06 Sentyabr 2021 21_09_06_1630913064.jpg

Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb.

Femida.az -ın məlumatına görə, bununla əlaqədar Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi qarşılama mərasimi təşkil edib.

Yarışda 3 qızıl medal qazanan Roman Saley (para-üzgüçü), digər paralimpiya çempionları Vəli İsrafilov (para-üzgüçü) və Orxan Aslanov (para-atlet), 7-ci yerlə kifayətlənən Samir Nəbiyevlə (para-atlet) Əbülfəz Abuzərlini (parataekvondoçu) Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti və yaxınları qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.

Açar sözlər:

Oxunub: 744