Şri-lankalı məşhur bəstəkar koronavirusdan vəfat edib


13:32     06 Sentyabr 2021 21_09_06_1630917165.jpg

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı Sunil Perera sentyabrın 6-da 68 yaşında dünyasını dəyişib.

Femida.az -IN BBC-yə istinadən xəbər verir ki, bu barədə musiqiçinin ailəsindən bildirilib.

S.Pereranın koronavirusdan öldüyü ehtimal olunur.

Qeyd edək ki, o, uzun illər "The Gypsies" qrupunda bəstəkar və ifaçı kimi çalışıb və Şri-Lanka üçün unudulmaz mahnılar yazıb.

S.Pereraya 1987-ci ildə yazdığı "Uncle Johnson" mahnısı məşhurluq qazandırıb.

Açar sözlər:

Oxunub: 1112


Oxşar xəbərlər