Xəzər dənizində itkin düşən və içərisində uşaqlar olan qayıq kimsəsiz adada tapıldı - VİDEO
13:47 06 Sentyabr 2021
Xəzər dənizində itkin düşən qayıq Tüleniy adasının ərazisində tapılıb.
Femida.az "oxu.az”a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən (Rosmorreçflot) məlumat verilib.
İdarə qayıqda yeddi nəfərin olduğunu təsdiqləyib. Qayığın sərnişinləri arasında üç uşaq olub. Onların ən kiçiyi səkkiz aylıqdır.
Qeyd edək ki, Volqoqraddan Mahaçqalaya gedən qayığın itməsi barədə sentyabrın 5-də məlumat verilmişdi.
Tüleniy – Dağıstana məxsus kimsəsiz adadır. 20-ci əsrin birinci yarısında orada balıq fabriki fəaliyyət göstərib və qəsəbə salınıb.
Lakin Xəzər dənizinin səviyyəsinin yüksəlməsi və balıq ehtiyatlarının azalması səbəbindən oradakı yaşayış məntəqəsi ləğv olunub.
Oxunub: 1068
Oxşar xəbərlər
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb
- Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- Xəzər dənizində zəlzələ olub
- Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub