Konqoda qiyamçılar 30 mülki vətəndaşı öldürüblər


14:33     06 Sentyabr 2021 21_09_06_1630922509.jpg

Konqo Demokratik Respublikasının İturi əyalətinin Bunia şəhərinə qiyamçıların hücumu nəticəsində 30 mülki vətəndaş ölüb.

Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı yerli KİV yayıb.

Bildirilib ki, Konqonun "Demokratik İttifaq Gücləri” adlı qiyamçıları Bunia şəhərinin Mapasana kəndində 30 dinc sakini qətlə yetirib.

Məlumata görə, 2014-cü ildən bu qruplaşmanın 6 min mülki vətəndaşı öldürdüyü ehtimal olunur. Bu ittifaq 20 ildir Konqonun Ruanda, Uqanda və Burundi sərhədlərinin şərqindəki qızıl və kobalt mədənlərini nəzarət altında saxlamağa çalışır. Bölgədə silahlı qruplar arasında baş verən atışmalar nəticəsində minlərlə mülki şəxsin öldüyü bildirilib.

Açar sözlər:

Oxunub: 963


Oxşar xəbərlər