Füzulidə dəhşətli qətl - Ər arvadının başını kəsdi


15:58     06 Yanvar 2016 821439.jpg

Füzuli rayonunda dəhşətli qətl hadisəsi baş verib.


Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Bala Bəhmənli kənd sakini 1978-ci il təvəllüdlü Gəncəvi Zöhrab oğlu Sadıqov aralarında yaranan mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Vüsalə Hidayət qızı Əsədovanın boğazını kəsib.

31 yaşlı qadın aldığı bıçaq yaralarından hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ailənin iki azyaşlı övladının gözü qarşısında baş verib.

Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1492