Meyiti kanaldan tapılan yeniyetmələrlə bağlı rəsmi məlumat


18:51     06 Sentyabr 2021 2021/09/prok_1630939980.jpg

Sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az -ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 347