Rusiyalı həmsədr Paşinyanla görüşüb


20:58     06 Sentyabr 2021 2021/09/28907-1630944175_1630944525.jpg

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Femida.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib.

Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi avqustun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 928