İmişlidə ölüm və xəsarətlə nəticələnən yol qəzası olub


09:12     07 Sentyabr 2021 avtomobil%20qezasi%20(11).jpg

İmişlidə iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Femida.az xəbər verir ki, hadisə Cəfərli kəndində qeydə alınıb.

Belə ki, motosikletlə minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Yaralılardan biri - İmişli rayon sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Rayonun digər sakini, 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 850


Oxşar xəbərlər